Dogru.Tv > Ölkə içi > Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiyaya gedib

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiyaya gedib


Tarix: 28-09-2016, 13:43. Müəllif: Behruz
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiyanın Sankt-Peterburq şəhərinə gedib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, səfər Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə baş tutub.
N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.
İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.
Səfər sentyabrın 30-dək davam edəcək.   Müsavat.com
Geri Qayıt