Dogru.Tv > Ölkə içi > İrəvan xanının nümayəndəsi Arif Rəhimzadəyə müraciət etdi
İrəvan xanının nümayəndəsi Arif Rəhimzadəyə müraciət etdiTarix: 7-03-2017, 19:40. Müəllif: Qarabaqinfo |
İrəvan xanının nümayəndəsi Arif Rəhimzadəyə müraciət etdi — EKSKLÜZİVİrəvan xanı Hüseynqulu xanın nəslindən olan Avrasiya Türk Qadınlar Birliyinin sədri, Hollandiya parlamentinin sabiq deputatı Fatma Aktaş Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin azərbaycanlıların türk olmaması barədə söylədiyi fikirlərə cavab verib. Qarabaq.info Fatma Aktaş Ölkə.Az-a açıqlamasında bildirib ki, Arif Rəhimzadə türklərlə bağlı böyük səhvə yol verib: “Biz hər zaman türk olduğumuz üçün öyünmüşük, qürurlanmışıq. Arif Rəhimzadəyə müraciət edərək deyirəm ki, ey türk oğlu türk, titrə özünə gəl! Adın, danışığın, qanın, mayan türkdürsə, türk olduğun üçün öyünməlisən. Sual edirəm. Bəs sizi türklərdən kim küsdürdü? Atalarımızın gözəl misalı var. “Böyük tikə ye, ancaq böyük söz söyləmə!”. Hər birimiz türk olduğumuz üçün fəxr etməliyik”. F.Aktaş deyib ki, Azərbaycan qədim türk torpağıdır: “Nə qədər dünya varsa, o qədər də Azərbaycan türk dövləti və torpağı olaraq qalacaq. Dünyada türkdən böyük, qədim, təmiz, mədəni və igid millət yoxdur. Dünyaya mədəniyyəti türklər gətirib. Türkün olmadığı yerlərdə köləlik olub”. F.Aktaş təəssüflə qeyd edib ki, milli kimliyi olmayan millətlər hər zaman başqa millətlərin köləsi olur: “Türklər tarix yazmaz, tarix türkləri yazar. Türk yazılı tarixin başlanğıcı deməkdir. Əgər türklər tarixdən silinərsə, orta tarix deyə nə isə olmaz. Baxmayaraq ki, uzun illərdir Hollandiyada yaşayıram. Ancaq burada mənim yeganə üstünlüyüm, türk doğmaqdır. Çünki türk dünyaya işıq saçan günəşdir”. Geri Qayıt |