Dogru.Tv > Hadisə > “Günəşli” yatağında yanğın: 69 nəfər təxliyyə edilib - RƏSMİ AÇIQLAMA
“Günəşli” yatağında yanğın: 69 nəfər təxliyyə edilib - RƏSMİ AÇIQLAMATarix: 26-09-2016, 22:29. Müəllif: Behruz |
Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağında baş vermiş yanğınla bağlı məlumat yayıb. Qarabaq.info Lent.az-ın məlumatına görə, nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, sentyabrın 26-da “Azneft” İstehsalat Birliyinin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.
“Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. Hazırda SOCAR və digər aidiyyəti qurumlarla birgə yanğının söndürülməsi işləri davam etdirilir” – deyə məlumatda bildirilir.
***
20:23
“Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı rəsmi məlumatda bildirilir.
Məlumatda həmçinin deyilir ki, bütün işçilər özüldən təxliyyə olunub, xəsarət alan olmayıb. Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.
***15:36
“Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.
Bu barədə "APA-Ecomomics"ə SOCAR-dan bildirilib.
Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.
Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.
Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir.
Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.
****
Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı hadisə ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 26 sentyabr 2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri özülə yan almış və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb. Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
14:44
“Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda alçaq təzyiqli qaz təzahürü baş verib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.
NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur.
Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək. ** 13:36 Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və yanğın baş verib. Lent.az Socar-ın saytına istinadən xəbər verir ki, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək. Geri Qayıt |