Dogru.Tv > Hadisə > Şəkidə ayı 43 yaşlı kişiyə ı hücum edib

Şəkidə ayı 43 yaşlı kişiyə ı hücum edib


Tarix: 2-10-2016, 19:41. Müəllif: Qarabaqinfo

Şəkidə 43 yaşlı kişiyə ayı hücum edib. 

 

Qarabaq.info Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX)APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimov alının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 43 yaşlı Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı  dağlıq meşəlik ərazidə ailəsinə məxsus şabalıd sahəsinə şabalıdın yetişib-yetişməməsini dəqiqləşdirmək üçün gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edərək ona xəsarət yetirib. Daha sonra ayı ərazidən qaçıb.  

 

Şahin Qədimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd edilib. Şahin Qədimovun müalicəsinin xəstəxananın cərrahiyə şöbəsində aparıldığı bildirilir


Geri Qayıt