Dogru.Tv > Hadisə > Dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanmışdır

Dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanmışdır


Tarix: 15-03-2017, 17:20. Müəllif: Qarabaqinfo
Dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanmışdır

Martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.


İlkin araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölmüşlər.


Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan Baş Prokurorluğu mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Geri Qayıt