Dogru.Tv > Hadisə > Xırdalanda dəm qazından boğulan tələbələrlə bağlı yeni məqamlar...

Xırdalanda dəm qazından boğulan tələbələrlə bağlı yeni məqamlar...


Tarix: 15-03-2017, 17:16. Müəllif: Qarabaqinfo
 

Xırdalanda dəm qazından boğulan beş nəfərin meyitləri artıq yaşadıqları evdən çıxarılıb.


Musavat.com-un məlumatına görə, onlardan yalnız ikisi tələbə olub. Belə ki, dəm qazından boğulan Mələk Abbasova və Turanə Xalıyeva Bakı Humanitar Kollecinin ikinci kursunda oxuyublar.


Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.


Tələbələrdən başqa ölən 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın xalası və xalası qızları olublar. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Mələk Abbasovanın isə Cəlilabad rayonundan olduğu bildirilir.

Dəm qazından boğularaq ölənlərin meyitləri mənzildən çıxarılıb. Qapı isə çöldən bağlanılıb.


Hadisə baş verən binanın Mənzil İstismar Sahəsinin sədri İmamverdi Sadıqov musavat.com-a bildirib ki, onlar içəri daxil olan zaman qaz xətti bağlı olub: "Hadisə baş verməzdən öncə qohumları qızlara zəng edib. Lakin onlara zəng çatmayıb. O, bundan narahat olubduğu üçün onları yoxlamağa gəlib. Ancaq qapını açan bilməyib. Daha sonra ev yiyəsi ilə əlaqə saxlayıb. Onunla birlikdə mən də mənzilə gəldim. Pəncərədən içəri daxil olduğumuzda gördük ki, üç nəfər palazın üstünə yıxılıb. Digər biri isə başqa otaqda idi. Qapını bağlayıb, polisə zəng etdim. Biz orada olduğumuz zaman içəridən qaz qoxusu gəlmirdi. Həmçinin qaz xətti də bağlı idi. Qohumu da şahidi oldu ki, qaz yanmır və bağlıdır. Hazırda meyitlər ekspertizadadır. Ölümün səbəblərini araşdırırlar. Məlumata görə, ölənlərin ikisi bacıdır. Biri rayonda olub, digəri isə burada qalıb. 18-19 yaşında qızlar idi".


Geri Qayıt