Dogru.Tv > Gündəm > Almaniyada Dünya Azərbaycanlıları Assambleyasının beynəlxalq forumu keçirildi

Almaniyada Dünya Azərbaycanlıları Assambleyasının beynəlxalq forumu keçirildi


Tarix: 6-02-2017, 00:30. Müəllif: Qarabaqinfo

 Bu gün Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının beynəlxalq forumu keçirilib. Forum Almaniya və Azərbaycanın dövlət himnlərinin səslənməsi, dünyada terror nəticəsində həyatını itirən insanların xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Forumda 23 Avropa və keçmiş postsovet olkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ictimai-siyasi və elm xadimləri, xarici ölkə təmsilçiləri iştirak ediblər. Bundan başqa, foruma, Almaniyada hazırda iqtidarda olan Xristian Demoktrat Partiyasının millət vəkili Serap Gülər və Koln şəhər bələdiyyəsinin rəhbərliyi Hans Zerner Bartsch-in başçılığı altında nümayəndə heyəti qatılıb.

 
Forumda  Azərbaycanda alman diasporasının tarixi” mövzusunda  Orhan Aras ( Alman Turk Yazarlar birliyinin sədri), “Tarixdən günümüzə qədər soyqrım və terrorizm” mövzusunda Səfa Yürükəl (Antrapolog və etnoqraf, terrorizm və soyqrım araşdırmacısı, Türklərə qarşı törədilən soyqırımı Araşdırmalar Vakfının Başkanı), “Avropa siyasi həyatında Türk qadını”: mövzusundaFatma Aktaş (Avrasya Fondunun rəhbəri, Hollandiya Xristiyan Demokratlar partiyası nümayəndəsi),  “Beynəlxalq miqrasya siyasəti və mültəcilərəin yaşadıqları ölkələrdə qarşılaşdıqları problemlər” mövzusunda Serap Güler (Almaniya Xristiyan Demokratlar Partiyası təmsilçisi, NRW əyaləti millət vəkili) çıxış ediblər.


 
Daha sonra məruzələrlə bağlı geniş müzakirələr olub. Forum adından başda BMT olmaqla bir sıra beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlərinin mətni oxunub. Müraciətlərdə əsasən BMT TŞ-nın Dağlıq Qarabağın qeyd şərtsiz azad olunması ilə bağlı qərarlarının bu günə qədər nədən yerinə yetirilməməsi sorulub, Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin, Türkiyə və Almaniya dövlət rəhbərlərinin, Türkiyə prezidenti R.T.Ərdoğan və AFR kansleri xanım A.Merkelin terrorizmə qarşı mübarizdəki göstərdikləri qərarlılılqları yüksək qiymətləndirilərək dəstəklənməsi və.s. öz əksini tapıb.
Forum Üzeyir Hacıbəylinin koroğlu uverturasının səslənməsi ilə öz işini yekunlaşdırdı. Sonda forum iştirakçılarına Dünya Azərbaycanlıları İttifaqı və Dünya azərbaycanlıları Mədəniyyət Fondu tərəfindən ziyafət verilib.Musavat.com



OcaqTV.

Geri Qayıt