Dogru.Tv > Gündəm > QHT Şuranın dəstəklədiyi layihə çərçivəsində “Beynəlxalq hüquq” jurnalı çap etmişdir.

QHT Şuranın dəstəklədiyi layihə çərçivəsində “Beynəlxalq hüquq” jurnalı çap etmişdir.


Tarix: 7-12-2016, 17:45. Müəllif: Qarabaqinfo

 

QHT Şuranın dəstəklədiyi layihə çərçivəsində “Beynəlxalq hüquq” jurnalı çap etmişdir.


 Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan həqiqətlərinin “Beynəlxalq hüquq” jurnalının xüsusi buraxılışı vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsini yekunlaşdırıb.

Qarabaq.info -a daxil olan məlumata görə, layihə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından bəhs edir. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti tərəfindən təsis edilən və 1993-cü ildən Azərbaycan, rus və ingilis dillərində çap olunan və beynəlxalq səviyyədə tanınan “Beynəlxalq hüquq” jurnalının xüsusi buraxılışı vasitəsi ilə hüquqşünasların, politoloqların, iqtisadçıların və digər mütəxəssislərin hazırladığı materiallar çap edilib və çoxlu sayda ölkələrdə yayılıb. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ hadisələri və Xocalı soyqırımı barədə hüquqi və tarixi faktlara əsaslanmış məlumatların Avropa ölkələrində yayılmasıdır.

Layihə Ermənistanın Azərbaycana ərazi iddiasının və torpaqlarını işğal etməsi faktının beynəlxalq hüquqi normalara zidd olmasını dünya ictimaiyyətinə çatdırmağı, Beynəlxalq hüquq jurnalının ingilis və fransız dilli versiyasında tanınmış ictimai xadimlərin məqalələrinin çapı və Avropa ölkələrində yayılmağı, tanınmış beynəlxalq hüquq üzrə mütəxəssislərin işğalçılıq faktını pisləməsi ilə bağlı mövqelərinin toplanması və ingilis-fransız dilində çap olunmasını, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan qanunsuz səfər etmiş şəxslərin siyahısının jurnalda çap edilməsi və yayılmasını, həmçinin Azərbaycan Dövlətinin rəsmi mövqeyinin jurnal vasitəsi ilə beynəlxalq auditoriyada yayılmasına dəstək göstərilməsini əsas vəzifə kimi qarşıya qoyub və həyata keçirib.


Geri Qayıt