Dogru.Tv > Gündəm > İtaliyada Azərbaycana qarşı qərəzli veriliş bağlanıb
İtaliyada Azərbaycana qarşı qərəzli veriliş bağlanıbTarix: 30-11-2016, 16:34. Müəllif: Qarabaqinfo |
İtaliyanın "Rai 3" telekanalının "Report" verilişi bağlanıb.
Qarabaq.info APA-nın məlumatına görə, verilişin aparıcısı Milena Gabanelli Azərbaycan əleyhinə qərəzli, kəskin və haqsız tənqidi mövqe tutduğu üçün onun müəllifi olduğu verilişin bağlanmasına qərar verilib.
"Report" dünən sonuncu dəfə "Rai 3"-də efirə çıxıb və M. Gabanelli tamaşaçılarla vidalaşıb.
Məlumatda bildirilir ki, "Report" verilişinin İtaliyanın digər aparıcı kanallarında yerləşdirilməsindən də imtina olunub. Bu səbəbdən M. Gabanellinin 10-15-ci dərəcəli kanallara üz tutduğu qeyd olunur.
O da məlum olub ki, Azərbaycan əleyinə fəaliyyətlə məşğul olan "Report" verilişi internet şəbəkələrində əsasən erməni lobbisinin üzvləri tərəfindən paylaşılıb və bəyənilib. Verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olub.
Bundan başqa, kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxıb. Verilişdə ayrı-ayrı şəxslər bərəsində qərəzli və böhtan xarakterli məlumatlar yaydığına görə, "Report" verilişi və "Rai 3" telekanalı müxtəlif vaxtlarda məhkəməyə verilib, külli miqdarda təzminat iddiası qaldırılıb.apa.az Geri Qayıt |