Dogru.Tv > Gündəm > Rayon icra hakimiyyətlərinin ləğvi rəsmiləşir
Rayon icra hakimiyyətlərinin ləğvi rəsmiləşirTarix: 21-11-2016, 20:02. Müəllif: Qarabaqinfo |
“2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Azərbaycanın 2017-ci il üzrə büdcə zərfi dekabrın 6, 7 və 8-də Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq. Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir. Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon məbləğində nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125 milyon 319 min manatdır. Təhsilə ayrılan pulun məbləği isə 1 milyard 860 milyon manat, səhiyyə sahəsinə 775 milyon 786 min manat, ipoteka xərcləri üçün 100 milyon manat, müdafiə xərcləri üçün 1 milyard 615 milyon 360 min manat ayrılacaq. Ekspertlər isə gələn ilin büdcəsini qənaət büdcəsi adlandırırlar. Büdcə layihəsində sosial xərcləmələrə toxunulmasa da, digər sahələrdə ciddi azalmalar müşahidə olunur. Əvvəllər 6 rayonun büdcəsi mərkəzləşdirilmiş büdcədən azad idisə, artıq 33 rayona mərkəzləşmiş büdcədən vəsait ayırmayacaqlar. Yəni rayon icra hakimiyyətlərinə ayrılan xərclər yarıbayarı azaldılıb. İstiqlal.az-a hakimiyyət mənbələrindən daxil olan məlumata görə, rayon icra hakimiyyətlərinə ayrılan dotasiyaların kəskin azaldılması yaxın prespektivdə bu təsisatları ləğvi, vilayətlərin yaradılacağı ilə bağlıdır: Artıq nazirliklərdə yerli şöbələrin ləğvinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyində prsesə rəsmi start verilib. Yaxın vaxtlarda Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı nazirliklərində analoji addımlar atılacaq. Vilayətlərin yaradılması prosesinin sadələşdirilməsi üçün ilk növbədə adı çəkilən nazirliklərin yerli şöbələrində iki tabeçilik prinsipi aradan qaldırılır. Məsələn, rayon maliyyə idarəsi həm yerli icra hakimiyyətinə, həm də Maliyyə Nazirliyinə tabedir. Nazirliklərn regional idarələrinin yaradılması bu ikili tabeçliyi aradan qaldırır və regional maliyyə idarələri birbaşa nazirliyə tabe olur. Nazirliklərin regional idarələri yaradıldıqdan sonra isə rayon icra hakimiyyətlərinin yalnız nominal səlahiyyəti qalır. Ona görə də ləğvi idarəçilikdə problem yaratmayacaq. Hakimiyyət ona görə də icra hakimiyyətlərinə ayrılan xərcləri kəskin azaldıb. Ümumiyyətlə, yaradılması nəzərdə tutulan vilayətlərə mərkəzi büdcədən dotasiya verilməyəcək - deyə mənbə vurğulayıb. (istiqlal.az) Geri Qayıt |