Dogru.Tv > Gündəm > Amerika Ticarət Palatası İlham Əliyevə müraciət etdi

Amerika Ticarət Palatası İlham Əliyevə müraciət etdi


Tarix: 11-11-2016, 16:26. Müəllif: Qarabaqinfo
 

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) "Ağ vərəq" (White paper) adlanan təkliflər paketini Azərbaycan Prezidentinə təqdim edib.

Report xəbər verir ki, "Ağ vərəq"in tezliklə geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Məlumata görə, bu yaxınlarda çapdan çıxan təkliflər paketi qurumun rəhbərliyi tərəfindən imzalanaraq ölkə başçısına təqdim edilib.

Qeyd edək ki, "White paper" Azərbaycanda gömrük, vergi, bank sektoru, miqrasiya sahələrində islahatların aparılması ilə bağlı təkliflər paketidir. Həmin təkliflərin bir çoxu artıq qəbul edilərək tətbiq olunub. axar.az


Geri Qayıt