Dogru.Tv > Gündəm > İtaliya XİN rəhbəri: “ TAP və TANAP kimi layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək”
İtaliya XİN rəhbəri: “ TAP və TANAP kimi layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək”Tarix: 7-11-2016, 23:05. Müəllif: Qarabaqinfo |
İtaliya və Azərbaycan arasında güclü və möhkəm əlaqələr var.
Qarabaq.info APA-nın məlumatına görə, bu sözləri İtaliya xarici işlər naziri Paolo Gentiloni deyib.
O bildirib ki, Azərbaycan İtaliya üçün enerji təminatı baxımından ön yerlərdən birindədir: “TAP və TANAP kimi layihələrin icrası üçün üzərimizə öhdəlik götürmüşük. Layihə yalnız Azərbaycandan qaz gətirməyəcək, həm də bir neçə ölkə arasında əlaqə yaradacaq. Bu Avropada ən əhəmiyyətli layihə kimi qiymətləndirilir. Bu layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək. Azərbaycan iqtisadiyyatının şaxələndiriıməsi ilə bağlı ciddi layihələr var. İnanıram ki, İtaliya texnologiyaları bu sahədə ciddi təcrübə ola bilər”.
İtaliya XİN rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin danışıqlar yolu ilə həllinin tapılmasında İtaliyanın öz töhfəsini verə biləcəyini söyləyib. Geri Qayıt |