Dogru.Tv > Gündəm > “Azərbaycanın tarixi-mədəniyyət abidələrinə qarşı terror siyasəti “ adlı kitabın təqdimatı keçirildi.

“Azərbaycanın tarixi-mədəniyyət abidələrinə qarşı terror siyasəti “ adlı kitabın təqdimatı keçirildi.


Tarix: 2-10-2018, 11:22. Müəllif: Qarabaqinfo

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Müasir Qadın və Cəmiyyət İctimai Birliyinin təşkilatşılığı ilə 2018-cı il 25 sentyabr tarixində Ukraynanın Xarkov şəhərində “Azərbaycanın tarixi-mədəniyyət abidələrinə qarşı terror siyasəti “ adlı kitabın təqdimatı keçirildi.


    Müasir Qadın və Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı məhv edilmiş maddi və mənəvi mədəniyyət nümunələri haqqında təbliğat işlərinin aparılması” layihə çərçivəsində tədbir keçirildi. Ukraynanın Xarkov şəhərində keçirilən tədbirdə 100-dən çox xarici vətəndaş iştirak ediridi. Tədbiri Giriş sözü ilə açan Müasir Qadın və Cəmiyyət İctimai Birliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Nicat Hacıyev tədbir iştirakçılarını salamlayaraq mövzunun aktuallğından danışdı o bildirdi ki , Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən mədəniyyət abidələri tariximizin əvəzolunmaz milli sərvətidir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi mədəniyyət və mənəviyyat tariximizin silinməsi deməkdir. Erməni hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır.   

   İşğal zonalarında maddi mədəniyyət abidələrimizin dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır. Onlar Azərbaycanın tarixi abidələrini Ermənistan abidəlri kimi bir çox ölkələrdə KİV- televiziya vasitəsi ilə yayımlayaraq insanları bu saxta mədəni tarixlərinə inandırır və tanıtmağa çalışırlar. Çıxışın sonunda auditoriyaya müraciət edərək onları Azərbaycanın mədəniyyət abidələrini, folklorunu özününküləşdirməyə çalışan saxta erməni tarixinə, mədəniyyətinə aldanmamağa çağırdı. Sonra Ukraynadakı Azərbaycan Diaspor nümayəndələri çıxış edərək bildirdilər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır. 

    

    İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır. Daha sonra xarici Vətəndaşlar çıxış edərək kitab haqqında təəssüratlarından danışdılar.


Layihə çərçivəsində təbliğat işləri London, Fransa, Almaniya , Hollandiya , Türkiyə, Ukrayna , Monteneqro, Polşa , İsveçrə kimi bir çox ölkələrdə aparılıb.


 
Qarabaq.info
Geri Qayıt