Dogru.Tv > Gündəm > Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək


Tarix: 31-08-2017, 11:18. Müəllif: Qarabaqinfo
 
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq,  avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçirəcəklər.
Geri Qayıt