Dogru.Tv > Gündəm > Azərbaycan Prezidenti 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib
Azərbaycan Prezidenti 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edibTarix: 10-05-2017, 11:20. Müəllif: Qarabaqinfo |
![]() Azərbaycan Prezidenti İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşdülər, onları Böyük Qələbə münasibətilə təbrik etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Mərasimdə Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər. Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri Qayıt |