Dogru.Tv > Gündəm > Millət vəkili Qənirə Paşayeva Tovuzda fiziki imkanları məhdud sakinləri ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb.
Millət vəkili Qənirə Paşayeva Tovuzda fiziki imkanları məhdud sakinləri ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb.Tarix: 1-05-2017, 13:28. Müəllif: Qarabaqinfo |
Millət vəkili Qənirə Paşayeva Tovuzda fiziki imkanları məhdud sakinləri ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb. Millət vəkili Qənirə Paşayeva Tovuzda fiziki və sağlamlıq imkanları məhdud sakinləri ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb və müvafiq qurumlarla onlara dəstək istiqamətində müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayevanın xahişi ilə Gəncliyə Yardım Fondu tərəfindən fiziki və sağlamlıq imkanları məhdud insanlara hədiyyə edilən əlil arabalarını millət vəkili əlillərə təqdim edib. Fiziki və sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan millət vəkili Qənirə Paşayeva bu əlil arabalarının fiziki və sağlamlıq imkanları məhdud şəxslərə sərbəst hərəkət etmək imkanı yaratmaqla yanaşı, onların cəmiyyətə daha sıx inteqrasiya olunmasına geniş imkanlar yaradacağını deyib. Fiziki və sağlamlıq imkanları məhdud şəxslər millət vəkili Qənirə Paşayevaya və əlil arabalarını təqdim edən Gəncliyə Yardım Fonduna öz təşəkkürlərini bildiriblər. Eyni zamanda millət vəkili Qənirə Paşayeva fiziki imkanları məhdud şəxslərin və ailələrininin qayğı və problemləri ilə maraqlanıb, onların yerində həlli istiqamətində müvafiq qurumlarla müzakirələr aparıb. Fiziki imkanları məhdud istedadlı gənc Güllüzar Əliyeva ilə görüşdə onun əl işləri ilə yaxından tanış olan millət vəkili Q.Paşayeva iyun ayı sonunda onun fərdi sərgisini təşkil edəcəyinə söz verib və bildirib ki, Güllüzar xanım bütün problemlərə baxmayaraq özünün mübarizliyi, zəhmətkeşliyi, faydalı olmaq duyğusu ilə yüzlərlə gənc insana ən gözəl örnəklərdən biridir. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağınainandığını bildirib. Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib. Millət vəkili Qənirə Paşayevanın səyfəsinə istinadən. Qarabaq.info Geri Qayıt |