Dogru.Tv > Gündəm > Bloger Mehman Hüseynovun apellyasiya şikayətinə baxılır

Bloger Mehman Hüseynovun apellyasiya şikayətinə baxılır


Tarix: 29-03-2017, 19:40. Müəllif: Qarabaqinfo
 

Mehman Hüseynov


Məhkəmə iclası aprelin 10-da davam edəcək


Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi iləhəbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə M. Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış ediblər.


Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.


Onlar M. Hüseynovun vəkillərin yanında əyləşməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, prosesdə audio və ya video çəkiliş aparılması, iclasın istintaqla aparılması, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin dindirilməsi və digər məsələlər barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə iclası aprelin 10-da davam edəcək.


Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.


Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.


Bir çox beynəlxalq təşkilatlar M.Hüseynovun barəsində hökmü pisləyib, bunun onun bloger və hüquq-müdafiə fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. amerikaninsesi.org


Geri Qayıt