Dogru.Tv > Dünya > Türkiyədə növbəti zəlzələ baş verib

Türkiyədə növbəti zəlzələ baş verib


Tarix: 7-02-2017, 09:50. Müəllif: Qarabaqinfo
 

Türkiyənin Çanaqqala vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

 

Qarabaq.info APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:37-də baş verən zəlzələnin episentri Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində, ocağı isə 6,6 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Ötən gün Çanaqqala vilayətində 5,3 bal gücündə iki və 4,4 baladək gücdə bir neçə yeraltı təkan nəticəsində 11 kənddə 110 evə ziyan dəyib, 5 nəfər xəsarət alıb.


Geri Qayıt