Dogru.Tv > Dünya > Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”

Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”


Tarix: 20-01-2017, 20:40. Müəllif: Qarabaqinfo
 

Krım tatarları Krım yarımadasını tərk etməməlidir.


Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bu sözlər Krım tatarlarının lideri Mustafa Cəmilovun Krım Muxtar Respublikası günü ilə əlaqədar yaydığı bəyanatda yer alıb.

O, Qərbi Krıma qarşı sanksiyaları dayandırmamağa çağırıb:

“Biz öz həmvətənlərimizi ərazilərini tərk etməməyə səsləyirik. Krımın azad olunması yolunu aqressor ölkəyə təzyiqdə görürük. İqtisadi sanksiyalar o dərəcədə effektiv olmalıdır ki, aqressoru özünü normal aparmağa məcbur etsin”.

Qeyd edək ki, Krım Ukrayna ərazisidir və 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilib.


Geri Qayıt