Dogru.Tv > Dünya > Binəli Yıldırım ABŞ-ın yeni rəhbərliyini Türkiyəyə ilə bağlı qərar verməyə çağırıb

Binəli Yıldırım ABŞ-ın yeni rəhbərliyini Türkiyəyə ilə bağlı qərar verməyə çağırıb


Tarix: 3-01-2017, 21:26. Müəllif: Qarabaqinfo
 

“Obama administrasiyasının terrorla  mübarizə aparmaq  üçün terror təşkilatlarından istifadə etməsi, mafiyanı məhv etmək üçün mafiya  qruplarından istifadə  etməyə bənzəyir”. APA-nın “Haberturk”-ə istinadən verdiyi məlumata  görə, bu barədə Türkiyənin baş naziri  Binəli Yıldırım deyib.

 

ABŞ-nın yeni administrasiyanın buna son qoymasını istəyən Türkiyə baş naziri iki ölkənin uzun illər  NATO çərçivəsində strateji tərəfdaş olduğu xatırladıb:

 

“Dostun və düşmənin ortaya çıxmasının vaxtı gəlib. ABŞ bizim strateji tərəfdaşlığımızın hansısa  terror təşkilatı tərəfindən kölgəyə salınmasına imkan verməməlidir. Bir qərar  verin, Türkiyə ilə  bir yerdə olacaqsınız yoxsa terror təşkilatlarını bağrınıza  basacaqsınız?“

 

 

Yeni prezidentə səsələnən baş nazir ABŞ-ı bölgədə sabitlik yaratmağa çalışan Türkiyə kimi ölkə ilə iş birliyi qurmağa, səlahiyyətləri  bitmək üzrə olan hazırkı administrasiyanın üsullarından istifadə  etməməyə çağırıb.


Geri Qayıt