Dogru.Tv > Dünya > ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istəyib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istəyib


Tarix: 16-12-2016, 18:22. Müəllif: Qarabaqinfo
 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyədən üzr istəyib.

 

Qarabaq.info APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, üzrxahlıq 2014-cü ildə yaşanan bir olayla bağlı olub. Həmin il ABŞ dövlət katibi Con Kerri BMT toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna "bizdə İŞİD-dən neft aldığınız barədə məlumatlar var", deyib. M. Çavuşoğlu isə belə cavab verib: "Con, sizə məlumat verənləri bilirik. Misir və bizim siyasətimizdən narazı olan bəzi digər ərəb ölkələri. Bu, çox ciddi ittihamdır. Bu barədə sənədlər varsa, bizə verin".

 

Ancaq bir müddət ABŞ-dan bu iddianı sübut edən sənəd gəlməyib. Sonrakı aylarda M. Çavuşoğlu beynəlxalq toplantılarda görüşdüyü C. Kerriyə səsləndirdiyi iddianı xatırladıb. Nəhayət, Kerri Çavuşoğluna bir sənəd göndərib, Türkiyə Xarici İşlər Nazirliyi isə həmin sənədi Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) təqdim edib. MİT sənəddəki iddianı və göstərilən koordinatları araşdırıb. Koordinatlarda göstərilən yer Türkiyənin Kilis bələdiyyəsinin asfalt zavodu çıxıb. Bundan sonra C. Kerri M. Çavuşoğlundan üzr istəyib.  Daha sonra isə CİA Türkiyədən yazılı üzr istəyib.


Geri Qayıt