Dogru.Tv > Dünya > Konqres Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu qəbul edib
Konqres Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu qəbul edibTarix: 9-12-2016, 12:58. Müəllif: Qarabaqinfo |
ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib. Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanunun təsir dairəsini qloballaşdırır. Başqa sözlə, 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdi, lakin dekabrın 8-də qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. Bu qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir. Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur. AzadlıqRdiosuanun məlumatına görə, ABŞ-da mənzillənmiş Freedom House bu qanunun qəbulu ilə bağlı bəyanat verib. Təşkilatın prezident əvəzi Daniel Calingaert deyib ki, Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq insan haqları cinayətləri törədənlərdən haqq-hesab çəkən və gələcəkdə bu cür cinayətlərin törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı qəbul edilib. Freedom House Konqresi bu aktın qəbulu münasibətilə təbrik edib və prezidenti bu qanununu tez bir zamanda təsdiqləməyə çağırıb. Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununun həmtəşəbbüsçüləri olaraq senatorlar John McCain və Ben Cardin-in, habelə konqresmen Chris Smith-in adları çəkilir. Burada adı çəkilən konqresmen Chris Smith Helsinki Komissiyasının sədri kimi düz bir il əvvəl Azərbaycanda insan haqlarının kobud pozulması ilə bağlı “Azərbaycanda Demokratiya haqqında qanun” layihəsini (Azerbaijan Democracy Act of 2015 (H.R. 4264) Konqresə təqdim etmişdi. Bu qanun layihəsində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinə və onlarla biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edənlərə, habelə təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə ABŞ vizasından imtina edilməsindən başqa, bir sıra maliyyə cəzalarının tətbiq edilməsi də nəzərdə tutulur. Lakin dekabrın 8-də qəbul edilmiş qanun artıq hər ölkəyə aid ayrıca qanunvericilik aktlarının qəbuluna hüquqi baxımdan ehtiyac qoymur. Amerikaninsesi.org Geri Qayıt |