Dogru.Tv > Dünya > Ukrayna MDB-yə səsləndi: “Bizi anlayın...”

Ukrayna MDB-yə səsləndi: “Bizi anlayın...”


Tarix: 30-11-2016, 12:04. Müəllif: Qarabaqinfo
 

Ukrayna Belarus və digər MDB ölkələrindən öz ərazi bütövlüyünə dəstək gözləyir.


Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının sədr müavini İrina Geraşenko söyləyib. Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü Kiyev üçün əsas dəyərdir:

“Dekabrın 15-də BMT Baş Assambleyasında Krımda insan haqları ilə bağlı qətnaməyə baxılacaq. Biz MDB ölkələrinin Rusiya ilə əlaqələrinə hörmətlə yanaşırıq. Buna rəğmən, bütün ölkələr bilməlidir ki, Kiyev üçün əsas dəyər Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Biz ümid edirik ki, qonşularımız dediklərimizi anlayarlar”.

Qeyd edək ki, bir qədər əvvəl BMT Baş Assambleyasında Krımla bağlı qətnamə qəbul edilib. Qətnamədə Rusiya ilk dəfə olaraq işğalçı, Krım isə işğal olunmuş ərazi adlandırılıb. Ukraynanın bu qətnaməsinin əleyhinə Belarus, Rusiya, Ermənistan və digər ölkələr səs verib. Azərbaycan səsvermədə iştirak etməyib.


Geri Qayıt