Dogru.Tv > Dünya > Saakaşvili Poroşenkonun ünvanına ittihamlar səsləndirib
Saakaşvili Poroşenkonun ünvanına ittihamlar səsləndiribTarix: 7-11-2016, 17:23. Müəllif: Qarabaqinfo |
Qarabaq.info APA-nın məlumatına görə, bunu bu gün istefa qərarını açıqlayan Odessa qubernatoru Mixail Saakaşvili bəyan edib.
“Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizəmin yeni mərhələsinə başlamaq niyyətindəyəm”, - deyə o vurğulayıb.
Saakaşvili qeyd edib ki, Odessa vilayətini sadəcə korrupsionerlərə deyil, Ukraynanın düşmənlərinə təslim edirlər: "Gördüyüm təkcə odur ki, heç bir nümunəvi məmur nəinki sosial yardım alır, ümumiyyətlə köməksiz vəziyyətdədirlər. Çünki Kiyevdəki ali hakimiyyət onların üstünə Presmanov və Qonçarenko kimilərini göndərir”. Geri Qayıt |