Dogru.Tv > Dünya > Davudoğludan Misir jurnalistinə tarix dərsi

Davudoğludan Misir jurnalistinə tarix dərsi


Tarix: 3-11-2016, 17:54. Müəllif: Qarabaqinfo
 

Əhməd Davudoğlunun Misirdə verdiyi məşhur müsahibə yenidən gündəmə gəlib.

 

 Axar.az xəbər verir ki, 2009-cu ilin fevralında, xarici işlər naziri olduğu zamanlarda Misirə səfər edən Davudoğlu dövlət televiziyasına müsahibə verib.

 

Məşhur diplomat illər sonra həmin müsahibəni belə xatırlayır:

 

“Misir televiziyası məndən müsahibə aldı. Ərəb millətçisi olan jurnalist sual verdi ki: “Siz necə cəsarət edib Misirə gəlirsiniz və 1517-ci ildən bəhs edirsiniz. 1517-ci il bizim üçün işğal tarixidir”.

 

Canlı yayımda cavab verdim ki, 1517-ci il sizin üçün işğal tarixidirsə, Misirin tarixi yoxdur. Jurnalist “Bu, nə deməkdir”, - soruşdu.

 

Belə dedim:

 

“1517-ci ildən əvvəl Misirdə kimlər var idi? Məmlüklər. Onlar misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Əyyubilər. Onlar misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Fatimilər. Misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Tulunilər. Misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Abbasilər. Misirli idilərmi? Xeyr. Bəs ondan öncə? Əməvilər. Misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Bizans. Misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Romalılar. Misirli idilərmi? Xeyr. Ondan öncə kimlər var idi? Makedoniyalı İsgəndər. Misirli idimi? Xeyr.

 

Fironlara qədər getsəniz, onlar da cənubdan gəlib, misirli deyillər. Bunlar misirli deyilsə, əlinizə bir çəkic alın, öncə Osmanlı əsərlərini dağıdın, sonra Məmlüklərin, Əyyubilərin, Tulunilərin əsərlərini dağıdın. Dağıdın, dağıdın, dağıdın… Sonra nə qalsa, götürün, sizin olsun…”

 

Xatırladaq ki, Sultan Sәlim 1516-cı ildә Mәrcidabıq, 1517-ci ildә isә Ridaniyyә döyüşlərində mәmlüklәri mәğlub edәrәk Misiri Osmanlı imperiyasının tәrkibinə daxil edib. axar.az


Geri Qayıt