Dogru.Tv > Dünya > Klinton və Tramp seçkilərdə qələbə çalmaq üçün mühüm ştatlara üz tutur
Klinton və Tramp seçkilərdə qələbə çalmaq üçün mühüm ştatlara üz tuturTarix: 2-11-2016, 11:37. Müəllif: Qarabaqinfo |
ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton və respublikaçı namizəd Donald Tramp ABŞ prezidentliyi uğrunda seçki kampaniyasının sonuncu həftəsi qələbə əldə etmək üçün mühüm ştatlarda kampaniya aparır. Klinton ABŞ-ın cənub-şərqində turizm mərkəzi olan Florida ştatında üç şəhərdə kampaniyasını davam etdirir. Tramp gələn həftə prezident seçki günündə Ağ Ev uğrunda qələbəni özünə təmin etmək üçün Floridada da qələbənin mühüm olduğunu etiraf edir. Son bir neçə sorğunun nəticələrinə əsasən, Tram Floridada bir faiz üstünlüyə malikdir. Lakin hər iki namizəd üçün nəticələr o qədər qeyri-müəyyəndir ki, onlar rəqabətin gərgin xarakter aldığı bir vaxt ştata dəfələrlə səfər etməli olur. Demokrat namizəd Hillari Klintonun tərəfdarları Tramp bir neçə aydır Klintonun davamlı şəkildə üstünlüyə malik olduğu iki ştatda kampaniya aparır. Bunlar ABŞ-ın şərqində Pensilvaniya və orta-qərbdə Viskonsin ştatlarıdır.Tramp çərşənbə günü Floridaya getməzdən əvvəl prezident yarışlarında ona dəstək veriləcəyinə ümid edərək bu iki ştatda kampaniyanı davam etdirir. Ölkə üzrə keçirilmiş rəy sorğuları ölkənin ilk qadın prezidenti olmaq istəyən keçmiş dövlət katibi Klintonun daşınmaz əmlak maqnatı Trampdan iki faiz irəlidə olduğunu göstərir. Lakin ABŞ prezident seçkilərinin taleyi birbaşa seçki yolu ilə həll edilmir. Seçkinin nəticələri ölkənin 50 ştatı və paytaxt Vaşinqtonunn nümayəndələrinin daxil olduğu Seçki Kollegiyasının səsləri ilə müəyyən edilir. Böyük ştatlarda nümayəndələrin səsləri ümumi nəticədə mühüm rol oynayır. Hər bir ştatda səsvermənin nəticələrinə əsasən namizəd qələbə çalmaq üçün Seçki Kollegiyasının 538 səsindən 270-ni almalıdır. Klintonun rəy sorğularına əsasən az fərqlə irəlidə olmasına baxmayaraq, bəzi təhlilçilər Seçki Kollegiyasının ona lazım olan 270 səsi verə biləcəyini proqnozlaşdırır, belə ki, ştatda qələbə çalan namizəd bütün səsləri alır. Məhz buna görə də Florida ştatı Seçki Kollegiyasında 29 səsə malik olmaqla mühüm ştatlardan biri hesab edilir. amerikaninsesi.org Geri Qayıt |