Dogru.Tv > Dünya > Həsən Ruhani: "İran Aİ-nin enerji təhlükəsizliyini təmin edə bilər"

Həsən Ruhani: "İran Aİ-nin enerji təhlükəsizliyini təmin edə bilər"


Tarix: 30-10-2016, 00:58. Müəllif: Qarabaqinfo

İran prezidenti Həsən Ruhani Aİ diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşü zamanı Avropa ölkələri və İran arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə ümidvar olduğunu  bildirib.

 

 Qarabaq.info APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

 

“İran və Aİ hazırkı potensial və imkanlardan istifadə edərək ikitərəfli münasibətlərdə irəliləyişə nail ola bilərlər.  Zəngin enerji resurslarına malik olan İran uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin edə bilər və özünün nəql imkanlarından istifadə edərək Asiyanın şimalını və şərqini Avropa ilə birləşdirən təhlükəsiz tranzit məntəqəsi ola bilər”, - deyə İran prezidenti qeyd edib.   

 

Qeyd edək ki, Federika Mogerini  bu gün səhər İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.  Həsən Ruhani ilə görüşdən sonra Aİ diplomatiyasının rəhbəri Məhəmməd Cavad Zəriflə ikinci dəfə danışıqlar aparıb.

 

Federika Mogerininin hazırda Tehranı tərk etdiyi bildirilir. Onun oktyabrın 31-də Ər-Riyada səfər edəcəyi planlaşdırılır. 


Geri Qayıt