Dogru.Tv > Dünya > Kreml özünü tələyə saldı – Rus politoloq
Kreml özünü tələyə saldı – Rus politoloqTarix: 13-10-2016, 17:46. Müəllif: Qarabaqinfo |
Fransa Prezidenti Fransua Ollandla görüşdən imtina etməklə Putin Rusiyanın Qərbdə özünə yeni “Troya atları” yaratmaq təşəbbüsünün uğursuzluğa düçar olduğunu sübut etdi.
Qarabaq.info Axar.az istinad xəbər verir ki, bu sözləri rusiyalı politoloq Liliya Şevçova yazıb. Onun sözlərinə görə, dünya hələ də yuxudan oyanmayıb:
“Rusiya Amerikaya rus oyununu oynamağı təklif edib. Moskva Vaşinqtondan təkcə Rusiyanın dünya nizamına təsir etməsi haqqının tanınmasını yox, həm də Qərbin sanksiyaları ucbatından ölkəyə dəymiş ziyanın ödənilməsini istəyib. Qısacası, tələb odur ki, “bizim ultimatumumuzu qəbul etməsəniz, sizi yaxşı günlər gözləmir”. Amerikanın bu ultimatumu qəbul etməsi bilərəkdən öz ayağına atəş açması deməkdir. Aydındır ki, Kreml liberal demokratiyanın iflic olmasından istifadə etmək istəyir. Putin Qərb liderlərini uçurumdan aşağı baxmağa məcbur edir. Burada da o strateji səhvə yol verdi. Məsələ təkcə Moskvanın nüvə ultimatumundan sonra Qərb sanksiyalarının yumşalmasında deyil. Sanksiyalar onsuz da yumşalmayıb və bundan sonra daha da uzanacaq. Əsas məsələ odur ki, Kreml bir zamanlar SSRİ də daxil olmaqla dünya liderlərinin qurduqları o qədər də möhkəm olmayan dünya nizamını sarsıdır. Məhdud resursları olan ölkələrin özbaşınalığı ağır olacaq. Xüsusilə, əgər küncə sıxılan Qərb dayanıb öz keçmiş döyüş ruhunu oyatsa. Bir sözlə, Kreml özünü tələyə salıb. Qərb ultimatumu qəbul etməyəcək və əvəzində Rusiya münaqişə səviyyəsini qaldıracaq. Əks təqdirdə Moskva öz simasını itirəcək”. Geri Qayıt |