Dogru.Tv > Dünya > İrəvan Avropa Məhkəməsinin qərarını icra etmir - Etiraz
İrəvan Avropa Məhkəməsinin qərarını icra etmir - EtirazTarix: 11-10-2016, 12:53. Müəllif: Qarabaqinfo |
Qənirə Paşayeva AŞPA Liberal Qrupun toplantısında Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə çıxardığı qərarın bugünə qədər yerinə yetirilməməsi məsələsini qaldırıb.
Qarabaq.info Axar.az xəbər verir ki, qərarın qüvvəyə mindiyini vurğulayan millət vəkili onun icrasına nəzarətin Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aid olduğunu xatırladıb.
“Ermənistan Avropa Məhkəməsi qərarının yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb və AŞPA buna biganə yanaşmamalıdır”.
Millət vəkili Strasburqda çıxışı zamanı Türkiyədə 18 insanın ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olan terror hadisəsindən də danışıb və Lideral Qrupu, AŞPA-nı Türkiyəyə daha çox dəstək verməyə çağırıb:
“Tez-tez Türkiyədə müxtəlif konfrans və tədbirlərdə olan biri kimi bildirmək istəyirəm ki, Avropa terrorla mübarizədə Türkiyəyə kifayət qədər dəstək vermir. Bu mövzuda ikili standartlara yol verilməməlidir. Türkiyənin müxtəlif bölgələrində bir çox şəhid ailəsi, terror qurbanlarının yaxınları AŞPA da daxil olmaqla, bir çox Avropa qurumlarına qarşı inamlarını itirib. Bu qurumlar Türkiyənin ağır savaş və faciələrin yaşandığı iki ölkə - Suriya və İraqla qonşu olduğunu, bu günə qədər bu ölkələrdən 3 milyondan artıq köçkün qəbul etdiyini və terror təşkilatları ilə daha sərt mübarizə apardığını diqqətə alaraq, Türkiyəyə daha böyük dəstək göstərməlidir”.
Q.Paşayevanın bu çıxışına reaksiya verən Liberal Qrupun rəhbəri Jordi Xucla Türkiyədə ötən gün baş verən terror aktını kəskin pisləyib. Geri Qayıt |