Dogru.Tv > Dünya > Arnold da Türkiyəni müdafiə etdi - Şərh

Arnold da Türkiyəni müdafiə etdi - Şərh


Tarix: 7-10-2016, 10:37. Müəllif: Qarabaqinfo
 

Almaniyadan da Türkiyə ilə İraq arasında yaranan Başika böhranına münasibət bildirilib.

 

Qarabaq.info Axar.az xəbər verir ki, Alman Sosial Demokrat Partiyasının təmsilçisi Rayner Arnold Türkiyənin öz haqlarını müdafiə etdiyini deyib.

 

“İraq məclisinin qərarı qanun deyil. Biz də Şimali İraqda peşmərgəyə hərbi biliklər öyrədirik. Bu artıq beynəlxalq hüquq məsələsidir. BMT-nin də məsələ ilə bağlı qərarı var. Türkiyə və İraq bu gərginliyi öz aralarında həll etməlidir. Məncə, hələ son nöqtə qoyulmayıb, müzakirələr olacaq. Mühüm olan koalisiya qüvvələrinin terrorla mübarizəni davam etdirməsidir. Hazırkı vəziyyətdə türk əsgərinin İraqda yerləşməyə tam haqqı çatır”, - deyə Arnold bildirib.


Geri Qayıt