Dogru.Tv > Dünya > ABŞ-da vitse-prezidentliyə namizədlərin debatı keçirilib

ABŞ-da vitse-prezidentliyə namizədlərin debatı keçirilib


Tarix: 5-10-2016, 17:21. Müəllif: Qarabaqinfo
 

 

Mayk Pens və Tim Keynin qatıldığı debatda bir çox məsələlər müzakirə olunub

Qarabaq.info Oktyabrın 4-ü Demokrat Tim Keyn və Respublikaçı Maykl Pens 2016-cı il Prezident Seçkiləri kampaniyası çərçivəsində vitse-prezidentliyə namizədlərin debatında iştirak edib. Bu, vitse-prezidentliyə namizədlər arasında keçirilən yeganə debat olub. Debat zamanı siyasətçilər dəstəklədikləri prezidentliyə namizədlərin mühacirət, iqtisadiyyat və Amerikanın təhlükəsizliyinə dair siyasətlərini və göstəricilərini müdafiə etməyə çalışıb.

Virciniyadan ABŞ senatoru Tim Keyn və İndiana qubernatoru Mayk Pens yerli məhəllələrdə polislə sakinlər arasında zorakılıqların azaldılmasına dair həm fikir olsa da, debat zamanı demək olar ki, bundan başqa həmfikir olduqları başqa bir mövzu olmayıb.

Pens deyib ki, prezidentliyə Demokrat namizəd Hillari Klinton polisi irqi qərəzlilikdə ittiham edərək onları alçaldıb. Keyn isə icma nəzarətinin müzakirə olunmalı mühüm məsələ olduğunu bildirib.

Keyn Respublikaçı namizəd Donald Trampın vergi sənədlərini açıqlamasını tələb edib. Bir çox demokrat onun uzun illər çox az və ya heç vergi vermədinə inanır. Pens isə milyarder tərəfdaşını minlərlə iş yeri açan ağıllı biznesmen olaraq müdafiə edib.

Keyn Respublikaçı namizəd Donald Trampın vergi sənədlərini açıqlamasını tələb edib. Bir çox demokrat onun uzun illər çox az və ya heç vergi vermədinə inanır. Pens isə milyarder tərəfdaşını minlərlə iş yeri açan ağıllı biznesmen olaraq müdafiə edib.

Debatın aparıcısı CBS News-un jurnalisti Elaine Quijano idi və debat zamanı tez-tez müdaxilə etməli olurdu. Buna səbəb xüsusilə Tim Keynin rəqibinin çıxışı zamanına müdaxilə etməsi idi.

Keyn bildirdi ki, Tramp ABŞ-ın iqtisadiyyatının tənəzzül dövrünə qayıtması bahasına zəngin amerikalılara vergi ixtisarı təklif edir. Pens isə buna Klintonun iqtisadi planlarının daha ciddi fəsadlar verəcəyini deməklə cavab verdi: "O, vergiləri kəskin artıracaq və hökumətin xərclərinə dair məhdudiyyəti aradan qaldıracaq". 

Keyn və Pens kiber-təhlükəsizlikdən də danışdılar. Bu mövzuda Pens Klintonun dövlət katibi olan zaman şəxsi email serverindən istifadə etməsini diqqətə çatdırdı. Email məsələsi ilə müzakirə məcrasından çıxan zaman aparıcı dəfələrlə mübahisəyə son qoyub Suriya məsələsi barədə danışmağa cəhd göstərdi.

Pens bildirdi ki, daha güclü Amerika idarəçiliyi Suriyada vətəndaş müharibəsi kimi hadisələrin baş verməsinin qarşısı ala bilər. O, habelə Rusiya geri çəkilməyəcəyi təqdirdə, Suriyaya hərbi hücumların həyata keçirilməsinə də çağırdı.

Kimin nə dediyinə dair mübahisə

Debat zamanı Keyn Trampı qadınları, azlıqları və başqalarını təhqir etməsini tənqid etdi. Pens cavab olaraq bildirdi ki, Klinton bəzi Tramp tərəfdarlarına "ikrah doğuran bir qrup insan" adlandırmaqla daha çox amerikalını təhqir edib.

Debat zamanı Keyn Trampı qadınları, azlıqları və başqalarını təhqir etməsini tənqid etdi. Pens cavab olaraq bildirdi ki, Klinton bəzi Tramp tərəfdarlarına "ikrah doğuran bir qrup insan" adlandırmaqla daha çox amerikalını təhqir edib.

İŞİD terror qruplaşmasının yaratdığı təhlükələrdən danışan Keynin sözlərinə görə, Klinton dövlət katibliyi təcrübəsi onu qruplaşmaya qalib gəlmək üçün daha zəruri namizəd edir. O, habelə Trampı tənqid edərək bildirdi ki, milyarder İŞİD-dən danışmaqdansa, NATO-nu köhnəlmiş qurum adlandırıb və beynəlxalq alyansları sual altına alıb.

Pens isə cavabında Trampın heç bir qurumu köhnəlmiş adlandırmadığını bildirib və deyib ki, sabiq dövlət katibi İŞİD-in güclənməsi üçün boşluğu yaranmasına görə məsuliyyət daşıyır.

İndiyədək ən çox izlənmiş vitse-prezidentlik debatları: amerkanınsesi.org



Geri Qayıt