Dogru.Tv > Dünya > Rusiya FTX ukraynalı jurnalistin saxlanılması ilə bağlı məlumat yayıb
Rusiya FTX ukraynalı jurnalistin saxlanılması ilə bağlı məlumat yayıbTarix: 3-10-2016, 18:06. Müəllif: Qarabaqinfo |
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ukraynalı jurnalist Roman Suşenkonun saxlanılması ilə bağlı məlumat yayıb.
Qarabaq.info APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, R. Şuşenkoya qarşı casusluq maddəsi ilə ittiham irəli sürülüb. FTX-nin məlumatına görə, R. Suşenko Moskvada Rusiya ordusu və Milli Qvardiyanın fəaliyyətinə dair gizli məlumatları toplayıb. Hazırda R. Suşenko Moskvanın "Lefortovo" istintaq təcridxanasında saxlanılır. Rusiya Xarici İşlər Nazirliyi artıq ukraynalı jurnalistin FTX tərəfindən casusluq ittihamı ilə saxlanılmasına münasibət bildirib. Nazirlik R. Suşenkonun Rusiyada jurnalist fəaliyyəti ilə məşğul olmadığını və jurnalist akkreditasiyası almaq üçün Rusiya XİN-ə müraciət etmədiyini açıqlayıb: "Suşenkoda Rusiya Federasiyası ərazisində əcnəbi jurnalistlərə verilən akkreditasiya olmayıb. Suşenko Rusiya ərazisində jurnalist funksiyasını yerinə yetirməyib" Geri Qayıt |