Dogru.Tv > Dünya > Tarix açıqlandı: İngiltərə AB-dən çıxır
Tarix açıqlandı: İngiltərə AB-dən çıxırTarix: 2-10-2016, 20:32. Müəllif: Qarabaqinfo |
İngiltərə Baş naziri Tereza Mey Böyük Britaniyanın Avropa Birliyindən ayrılması üçün rəsmi prosesin martın sonuna qədər başlayacağını deyib.
Qarabaq.info Axar.az xəbər verir ki, o, prosesin ən uğurlu şəkildə baş çatmasına nail olmaq istədiyini bildirib:
“Hazırlıq işlərinə görə dəqiq bir vaxt deyə bilmirdim. Ancaq indi rəsmən açıqlayıram: mart ayından etibarən bu ayrılma prosesini başladacağıq. Çalışacağam ki, həm ingilis xalqının, həm də AB ilə münasibətlərin gələcəyi üçün çox əhəmiyyətli bir razılaşmaya imza ataq”.
Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də keçirilən referendumda Avropa Birliyindən ayrılmaq haqda qərar qəbul edib. Britaniyanın AB-dən çıxma prosesinin iki il çəkəcəyi gözlənilir. Geri Qayıt |