Dogru.Tv > Dünya > Türkiyə parlamenti qərar qəbul etdi: Suriyada yola davam

Türkiyə parlamenti qərar qəbul etdi: Suriyada yola davam


Tarix: 1-10-2016, 23:19. Müəllif: Qarabaqinfo
 

Türkiyə milli məclisi hökumətin İraqda və Suriyada Silahlı Qüvvələrdən istifadə hüququnu 13 ay uzadıb.

 

Qarabaq.info Teleqraf.com xəbər verir ki, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

 

Parlamentdə təmsil olunan partiyalardan HDP qərara qarşı olsa da, CHP, MHP və AKP-nin səs birliyi qərarın qəbul olunmasına yetərli olub.

 

Parlament 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə vermişdi. Ötən ilin oktyabrında isə mandatın müddəti daha bir il uzadılmışdı.


Geri Qayıt