Dogru.Tv > Dünya > Avropa İttifaqı Azərbaycanda 5 saytın bağlanmasını pislədi
Avropa İttifaqı Azərbaycanda 5 saytın bağlanmasını pislədiTarix: 15-05-2017, 11:59. Müəllif: Qarabaqinfo |
Avropa İttifaqının sözçüsü Maya Koçiyançiç Azərbaycan hakimiyyətinin AzadlıqRadiosu-nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib. O, mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir. Avropa İttifaqının sözçüsü Maya Koçiançiç Bundan öncə Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib. Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir. Robert Herman “Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”,təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib . Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.amerikaninsesi.org Qarabaq.info Geri Qayıt |