Dogru.Tv > Dünya > Makron Fransaya "böyük intibah" vəd edib
Makron Fransaya "böyük intibah" vəd edibTarix: 15-05-2017, 11:50. Müəllif: Qarabaqinfo |
Napoleon Bonopart dövründən Fransa dövlətinin ən gənc lideri olan Emmanuel Makron mayın 14-də Parisdə andiçmə mərasimindən sonra rəsmən vəzifəsinin icrasına başlayıb. Yeni prezident Şarl de Qol və Jak Şirak kimi siyasi nəhənglərin yolunun davamçısı olaraq, özünü bütün fransızların lideri kimi təqdim edib. Çoxları ilk dəfə siyasi kampaniya aparan və ənənəvi partiyaların dəstəkləmədiyi 39 yaşlı Makronun Avropa tərəfdarı mərkəzçi namizəd kimi Fransa prezident seçkilərində qələbə çalmaq istəyinə əlçatmaz arzu kimi baxırdı. Biz böyük intibahın astanasındayıq. Emmanuel Makron Makron xüsusilə də bu seçkidən sonra uğurlu insan kimi bir ad qazanıb. Lakin onun qarşısında hazırda böyük sınaqlar durur. Bu da beş il əvvəl Fransua Ollandın inaqurasiya mərasimində açıqladığı hədəflərdən daha böyük məqsədlərə nail olmaqdan ibarətdir. Bu gün inaqurasiya mərasiminin təmtəraqlı fonunda Yelisey bulvarı boyu toplaşmış böyük insan kütləsi sanki qarşıdakı böyük sınaqları unutmuş kimi görünürdü. Parisdə Zəfər tağı qarşısında naməlum əsgərin məzarı önünə əklil qoyub. Bu gün eləcə də Makrona bir zamanlar Birinci Napoleona məxsus olan Şərəfli Legion Ordeni təqdim edilib. Makronun tərəfdarlarından biri, marketinq üzrə məsləhətçi Aksel Tessandye Tvitter səhifəsində mərasimi "Olduqca təsirli" kimi təsvir edib. Lakin qarşıda həllini gözləyən problemlər çox keçmədən Makronun inaqurasiya çıxışında yada salındı. Olland hökumətində iki il nazir postu tutmuş keçmiş investisiya bankiri olan Makron Fransada Beşinci Respublikanın yenilənməsi və fransızlar arasında birliyin yaradılmasını özünün əsas məqsədləri olduğunu deyib. "Dünyanın fransızların öyrətdiklərinə həmişə ehtiyacı var. Fransa on illərdir özünə şübhə edib. Dünyanın və Avropanın Fransaya həmişə olduğundan daha çox ehtiyacı var", Makron bildirib. "Mənim mandatım fransızların özünə inamını geri qaytarmaqdan ibarətdir", Makron sözünə davam edib. O deyib ki, insanları "Fransanın qüdrətinin azalmadığına" inandıracaq. "Biz böyük intibahın astanasındayıq", Fransanın yeni prezidenti bildirib. amerikaninsesi.org Qarabaq.info Geri Qayıt |