Dogru.Tv > Dünya > Rusiya, Türkiyə və İran böhrana son qoyacaqlarını ümid edirlər

Rusiya, Türkiyə və İran böhrana son qoyacaqlarını ümid edirlər


Tarix: 7-05-2017, 13:40. Müəllif: Qarabaqinfo
 

ABŞ Müdafiə Naziriyi yaydığı bəyənatda bildirir ki, “biz zorakılığı azaldan, ehtiyacı olan suriyalılara humanitar yardıma imkan yaradacaq, bütövlükdə cari böhranın siyasi həllinə kömək edəcək istənilən təşəbbüsləri alqışla qarşılayırıq.”


Suriya atəşkəsinin üç zamin nümayəndə ölkəsi - Rusiya, Türkiyə və İran Astanada sülh danışıqlarının son mərhələsində memorandum imzayıblar. Razılaşma əsasında de-eskalasiya zonalarının yaradılması planı cümə gecə yarısı qüvvəyə mindi.


Rusiyanın danışıqlardakı nümayəndəsi Aleksander Lavrentyev bildirib ki, “de-eskalasiya zonalarında hava əməliyyatlarının keçirilməsi, xüsusilə də beynəlxalq koalisiyanın hava əməliyyatlarının keçirilməsi nəzərdə tutulmur.”


Çərşənbə axşamı Rusiya, Türkiyə və İran Moskvanın təklif etdiyi təklifə imza ataraq, Suriyada altı il davam böhrana son qoyacağını ümid edirlər.


Razılaşmaya əsasən ölkənin qiyamçıların İŞİD-lə assosiasiya olunmadığı dörd ərazidə hərbi əməliyyatların dayandırılması istiqamətində müvafiq addımların atılmasını nəzərdə tutulur.


ABŞ Müdafiə Nazirliyinin sözçüsü mayor Adrian Rankin-Qallovey xəbərdarlıq edib ki, “İŞİD üçün heç bir təhlükəsiz zona olmayacaq.” O əlavə edib ki, yerli döyüşçülərlə İŞİD-ə qarşı mübarizə davam edəcək.amerikaninsesi.org


Geri Qayıt