Dogru.Tv > Dünya > Sənədlər: Maykl Flinn xarici hökumətlərdən vəsait ala bilməməsinə dair xəbərdarlığa əməl etməyib
Sənədlər: Maykl Flinn xarici hökumətlərdən vəsait ala bilməməsinə dair xəbərdarlığa əməl etməyibTarix: 28-04-2017, 10:43. Müəllif: Qarabaqinfo |
ABŞ prezidentinin sabiq milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin 500 min dollardan artıq Türkiyədən, 10 minlərlə dollar Rusiyadan aldığına dair yeni sənədlər açıqlanıb. Sənədlərdə onun 2014-cü ildə ordudan təqaüdə çıxdıqdan sonra xarici hökumətlərdən vəsait ala bilməməsinə dair xəbərdarlığa əməl etmədiyi göstərilir. Daha əvvəl iki tanınmış ABŞ qanunvericisi bildirib ki, prezident Donald Trampın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisinin ictimai fəaliyyətlərinə görə xarici hökumətlərdən əldə etdiyi gəlirləri düzgün açıqlamaması ilə federal qanunu pozduğu ehtimal edilir. Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri, respublikaçı Ceyson Çaffetz və komitənin demokrat üzvü, Elayje Komminqs deyib ki, general Maykl Flinn 2015-ci ildə Rusiyanın maliyələşdirdiyi televiziya studiyası RT-nin sponsorluq etdiyi mərasimdə ödənişli çıxış etməzdən əvvəl müvafiq orqanlardan icazə almalı idi. Flinn bu mərasimdə Rusiya prezidenti Vladimir Putinlə eyni masa arxasında oturub. Sənədlərdə göstərilir ki, ABŞ-ın Müdafiə Nazirliyinin baş təftiş ofisi təhqiqata başlayıb. Təhqiqat Flinnin xaricdən vəsait almasına icazəsi olub-olmadığını araşdırır. Federal Təhqiqat Bürosu (FBİ), Nümayəndələr Palatası və Senat da Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair araşdırmalar aparır. Tramp Flinni hələ inaqurasiyasına qədər bu vəzifəyə təyin etməsinə baxmayaraq, o, cəmisi 24 gün milli təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərə bilib. Trampın inaqurasiyasından əvvəl, keçid dövründə Rusiyanın ABŞ-a səfiri Sergey Kislyakla söhbəti barədə Vitse prezident Mayk Pensə yalan danışdıqdan sonra Flinn Ağ Evdən uzaqlaşdırılıb. amerikaninsesi.org Geri Qayıt |