Dogru.Tv > Dünya > ABŞ Milli Təhlükəsizlik Nazirliyi böyük təhlükələr barədə xəbərdarlıq edir [Video]
ABŞ Milli Təhlükəsizlik Nazirliyi böyük təhlükələr barədə xəbərdarlıq edir [Video]Tarix: 20-04-2017, 10:46. Müəllif: Qarabaqinfo |
ABŞ Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edən keçmiş dəniz donanması generalı tənqidçilərinə meydan oxuyaraq, nazirliyin ölkə sərhədində yaranan təhlükələrlə necə mübarizə apardığını müdafiə edib. Nazirlik işçilərinin qanunvericilər, media və digərləri tərəfindən tənqid olunmasından bezən milli təhlükəsizlik naziri Con Kelli nazirliyin qanunları tətbiq etdiini və yeganə çarənin sərt tədbirlər görməyin olduğunu iddia edir. Biz hücum təhlükəsi ilə üzləşirik. Biz bizdən nifrət edən, bizim azadlıqlarımıza, qanunlarımıza, dəyərlərimizə, yaşam tərzimizə nifrət edən insanlar tərəfindən hücum təhlükəsi altındayıqCon Kelli “Biz hücum təhlükəsi ilə üzləşirik. Biz bizdən nifrət edən, bizim azadlıqlarımıza, qanunlarımıza, dəyərlərimizə, yaşam tərzimizə nifrət edən insanlar tərəfindən hücum təhlükəsi altındayıq”, delə Kelli bildirib. Corc Vaşinqton Universitetində çıxış edən Kelli sərt tədbirlərin artıq bir nəticə verdiyini və ölkənin cənub-qərb sərhədində həbs olunan qanunsuz immiqrantların sayının ötən illə müqayisədə 64 faiz azaldığı deyib. Onun sözlərinə görə, bu hər kəs üçün müsbət haldır. “Artıq daha az qanunsuz mühacir sərhədi keçir. Bu isə o deməkdir ki, səhrada daha az insan ölür”, o deyir. Lakin ölkənin cənub-qərb sərhədindən başqa İslam Dövləti terror qrupu kimi təşkilatlara sadiq xarici döyüşçü təhlükəsinə açıq digər sərhədlər də narahatlıq doğurur. “Bu döyüşçülərin çoxunun sağ qalacağı və ölkələrinə geri dönəcəyi gözlənilir. Daha sonra isə onlar Avropa, Asiya, Məğrib, Karib hövzəsi və Birləşmiş Ştatlarda hücumlar həyata keçirəcəklər”, deyə o bildirir. Artıq daha az qanunsuz mühacir sərhədi keçir. Bu isə o deməkdir ki, səhrada daha az insan ölürCon Kelli Kelli artıq çox sayda döyüşçünün öz ölkələrinə geri dönməyə başladığını deyir. Milli Təhlükəsizlik rəsmilərini ən çox narahat edən məsələlərdən biri terrorçu qruplar və cinayət təşkilatlarının bir araya gəlməsidir. Milli Təhlükəsizlik naziri Con Kelli isə xəbərdarlıq edir ki, bəzi qaçaqçılar o dərəcədə peşəkar və təcrübəli olublar ki, hətta ABŞ-a belə istənilən şeyi gizli şəkildə keçirə biləcəklər. amerikaninsesi.orgGeri Qayıt |