Dogru.Tv > Dünya > Həsən Ruhani yenidən islahatçıların namizədi kimi prezident seçkilərinə qatılacaq
Həsən Ruhani yenidən islahatçıların namizədi kimi prezident seçkilərinə qatılacaqTarix: 13-03-2017, 15:31. Müəllif: Qarabaqinfo |
İranda islahatçılar yekdilliklə Həsən Ruhanini gələcək prezident seçkilərində vahid namizəd seçiblər.
Qarabaq.info APA-nın Tehran bürosunun məlumatına görə, bu gün prezident Ruhani İslahatçılar Partiyasının “Ümid” fraksiyası ilə iclas keçirəcək.
Hökumət müxalifləri də seçkilərdə vahid namizədlə çıxış etməyi qərara alıblar. Onlar ötən həftələr ərzində İslami İnqilab Qüvvələrinin Xalq Cəbhəsi Partiyasını yaradıblar. Bu cəbhədə hazırkı hökuməti tənqid edən tanınmış simalar var. Onların təqdim etdiyi siyahıda ötən prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən olmuş Tehranın meri Məhəmməd Baqir Qalibaf, SEPAH-ın sabiq komandiri Möhsin Rezayi, İran Milli Ali Təhlükəsizlik Şurasının sabiq katibi Səid Cəlili, İranın sabiq baş prokuroru və hazırda İmam Rzanın hərəminin məsul şəxsi İbrahim Rəisinin adları var. Bu şəxslərdən biri namizəd olarsa, Həsən Ruhani ilə arasında ciddi rəqabət yaşanacaq.
Digər tərəfdən, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın icraçı müavini Həmidrza Bəqayi də namizədliyini irəli sürəcəyini açıqlayıb. O elan edib ki, seçkidə qələbə çalarsa, sabiq prezident Mahmud Əhmədinejadın yolunu davam etdirəcək. Xatırladaq ki, İranda növbəti prezident seçkiləri mayın 19-da keçiriləcək. Geri Qayıt |