Dogru.Tv > Cəmiyyət > Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salındı - FOTOLAR

Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salındı - FOTOLAR


Tarix: 6-02-2017, 13:58. Müəllif: Qarabaqinfo
Şəhidin atası: “Ali Baş Komandan İlham Əliyevin əmri ilə silah götürməyə hazıram”

 Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayının 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Qarabaq.info Musavat.com-a istinadən xəbər verir ki, 39 gün sonra nəşi geri alınan şəhidimizin Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) anım mərasimi keçirilib. Mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib.
 Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
 Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verib. Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib: "Bu gün şəhid oğlumun 40-dır. Oğlum vətən uğrunda şəhid olub. Mən özüm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə silah götürməyə hazıram".
 Şəhidin nəşi torpağa tapşırılmaq üçün Qusar rayonuna aparılıb. Qeyd edək ki, Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

APA.TV




 
 







 
Geri Qayıt