Dogru.Tv > Cəmiyyət > Salatın Əsgərovanın ölümündən 26 il ötür

Salatın Əsgərovanın ölümündən 26 il ötür


Tarix: 9-01-2017, 16:39. Müəllif: Qarabaqinfo

 
Azərbaycanın ilk şəhid qadın jurnalistinin ölümündən 26 il keçir.Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. O, Azərbaycanın ilk şəhid jurnalistidir.
Qeyd edək ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib və “Baku” ilə “Molodyoj Azerbaydjana” qəzetlərində işləyib. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə jurnalist Salatın Əsgərova amansızcasına qətlə yetirilib.
S.Əsgərova ailəli idi, bir oğlu var. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 noyabr tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində onun adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.Oğlu Ceyhun Əsgərov jurnalistdir. istiqlal.az
Geri Qayıt