Dogru.Tv > Cəmiyyət > Beyləqan şəhər 6 saylı tam orta məktəbdə, “Təhlükəsiz Yol” Könüllü Gənclər Şəbəkəsi layihəsi çərçivəsində təlimlər davam edir
Beyləqan şəhər 6 saylı tam orta məktəbdə, “Təhlükəsiz Yol” Könüllü Gənclər Şəbəkəsi layihəsi çərçivəsində təlimlər davam edirTarix: 7-12-2016, 16:32. Müəllif: Qarabaqinfo |
“Təhlükəsiz Yol” Könüllü Gənclər Şəbəkəsi layihəsi çərçivəsində təlimlər davam edir Qarabaq.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə fərdi layihə qalibi Murazi Xanışlı tərəfindən Beyləqan və Ağcəbədi rayonlarında həyata keçirilən “Təhlükəsiz yol ” Könüllü Gənclər Şəbəkəsi adlı layihə çərçivəsində Beyləqan şəhər 6 saylı tam orta məktəbdə yeniyetmələr arasında təlim həyata keçirilmişdir. Təlimdə Beyləqan rayon Polis şöbəsinin, Təhsil şöbəsinin və Uşaq Yaradıcılıq Birliyinin əməkdaşları da iştirak etmişlər. Tədbir zamanı məktəbdə Könüllü qruplar yaradılmışdır. Yaradılmış bu qruplar mütəmadi olaraq öz məktəblərində və məktəbəqədər uşaq müəssisələrində yol hərəkəti qaydalarının öyrədilməsi istiqamətində müxtəlif metodlarla işlər aparacaq, daha kiçik yaşlı uşaqlara bu qaydaların öyrədilməsi prosesinin birbaşa iştirakçısı olacaqlar. Qeyd edək ki layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında yol təhlükəsizliyi sahəsində keçiriləcək maarifləndirmə kampaniyaları və sosial fəaliyyətlər vasitəsilə uşaq və gənclərin bu sahədə biliklərinin artırılmasından və yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaq və yol təhlükəsizliyi sahəsində biliklərinin vərdişlərə çevrilməsindən ibarətdir. Geri Qayıt |