Dogru.Tv > Cəmiyyət > Bakının 46 saylı məktəbində nə baş verir? - Sevinc Budaqova özünü mediada tərif etdirir

Bakının 46 saylı məktəbində nə baş verir? - Sevinc Budaqova özünü mediada tərif etdirir


Tarix: 2-10-2016, 00:38. Müəllif: Qarabaqinfo
 

Paytaxtın Nəsimi rayonunda yerləşən 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova ilə bağlı yeni məlumatlar yayılıb. Adı bir sıra xoşagəlməz işlərdə hallandırılan Sevinc Budaqova ilə bağlı yayılan məlumatlarda iddia olunur ki, məktəbdə təhsilin səviyyəsini xeyli aşağı salan, şagirdlər arasında nizam-intizam yarada bilməyən direktor ancaq şəxsi işləri ilə maraqlanır: 

"Onun məktəbdən demək olar ki, xəbəri yoxdur. Bütün işləri təlim-tərbiyə işləri üzrə müavini İlyas Məmmədova həvalə edib. İlyas müəllim isə bu gün-səhər pensiyaya çıxacaq. Yəni onun yaşı normal işləməsinə imkan vermir. Bu səbəbdən məktəbdə tədrisin keyfiyyəti ildən-ilə aşağı düşür. Sevinc xanımın əsas işi müxtəlif bəhanələrlə şagirdlərdən pul yığıb istirahət etməkdən ibarətdir. O il ərzində ən azı 3-4 dəfə müalicə adı altında xarici ölkələrə istirahətə gedir. Məsələn, bir müddət əvvəl İstanbul və Minvodda dincəlib. Yəqin ki, yaxın günlərdə yenidən hansısa ölkəyə tətilə gedəcək. Azərbaycan müəlliminin maddi sıxıntı içərisində yaşadığı, maaşların artırılması ilə bağlı tələblərin səsləndirildiyi bir vaxtda, 46 nömrəli orta məktəbin direktoru istirahətə hansı pulla gedir? Məktəb rəhbərinin aylıq maaşı 450 manatdan yuxarı deyil. Buna baxmayaraq, direktor il ərzində bir neçə dəfə xaricə gedir. Maraqlıdır, onun maliyyəsi haradandır, hansı pullarla istirahətə gedir?".

Media üzərində apardığı araşdırma zamanı məlum olub ki, Sevinc Budaqova bir sıra zərərli vərdiçlərindən əl çəkə bilmir. Bu isə məktəbdə oxuyan şagirdlər üçün pis örnək yaradır: 

"46 nömrəli orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır. Çünki məktəbin direktorunun şəxsi həyatı təzadlı məqamlarla zəngin olduğu üçün, bu onun iş fəaliyyətinə mənfi təsirini göstərir. Direktorun bəzi zərərli vərdişləri var ki, bu məktəbdə təhsil alan şagirdlərə mənfi örnək olur. Şagirdlər ona baxıb nə nümunə götürə bilərlər?"

Bu arada qeyd edək ki, mətbuatda Sevinc Budaqovanın direktoru olduğu məktəb barəsində tərifli yazılara da təsadüf etmək olur. Məlumatlarda deyilir ki, bunun üçün direktor xeyli pul da xərcləyir... 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

AzToday.az XalqXeber.TV


Geri Qayıt