Dogru.Tv > Cəmiyyət > Azərbaycanda yaltaqlıq rəsmən qadağan olunur
Azərbaycanda yaltaqlıq rəsmən qadağan olunurTarix: 30-06-2017, 23:36. Müəllif: Qarabaqinfo |
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qarabaq.info “Ölkə.Az”-ın məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyevin bəzi fikirləri iclasda gülüşə səbəb olub. Q.Həsənquliyev deyib ki, deputat yaltaq olmamalıdır: “Eşitmişəm ki, Özbəkistanda qanunla yaltaqlıq qadağan edilir. Mən təklif edirəm ki, bizdə də bu məsələ əlavə olunsun. Bizdə bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var və sairə. İndi həmin adamlar özlərini kişi saymır? Ancaq bu cür fikir söyləyənlər yaltaqlıq edirlər. Belə adamlar düşünmür ki, sabah onların övladları da ona sual verə bilərlər ki, ata bəs sən kişi deyilsən? Hesab edirəm ki, bu yaltaqlığın bir nümunəsidir və bu cür məmurlar dərhal cəzalandırılmalıdır”. Milli Məclisin sədri Oqtay Əsədov isə deputata cavabında belə deyib: “Qüdrət Həsənquliyev, deyəsən sənin ürəyin doludur. Ay Qüdrət, əgər yaltaqlığın şkalası varsa, denən, onu qoyaq!”. Daha sonra sözügedən qanun layihəsi səs qoyularaq ikinci, üçüncü oxunuşda qəbul edilib. Geri Qayıt |