Dogru.Tv > Cəmiyyət > Millət vəkili Qənirə Paşayeva MM-də orqan transplantasiyasının ƏDV-dən azad edilməsi təklifi ilə hökumətə müraciət edib
Millət vəkili Qənirə Paşayeva MM-də orqan transplantasiyasının ƏDV-dən azad edilməsi təklifi ilə hökumətə müraciət edibTarix: 17-03-2017, 22:03. Müəllif: Qarabaqinfo |
Millət vəkili Qənirə Paşayeva MM-də orqan transplantasiyasının ƏDV-dən azad edilməsi təklifi ilə hökumətə müraciət edib. Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, qaraciyər, böyrək əməliyyatları da daxil olmaqla orqan köçürülməsi, transplantalogiyası əməliyyatları bahadır və təkcə qaraciyər köçürülməsi əməliyyatı 30-35 min, böyrəkköçürmə əməliyyatı 1-12 min manatdır, aşağı və orta əmək haqqı alan Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır. Millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu nəzərə alaraq və eyni zamanda icbari tibbi sığortanın pilot şəklində tətbiqinə hələ indi başlanıldığına görə transplantologiya əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müsbət addım olardı. Bu insanların sayı o qədər də çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstək olardı. Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, məsələn vətəndaş üçün 30-35 min manata başa gələn qaraciyər əməliyyatı 18% ƏDV-dən azad edilərsə, onun qiyməti xeyli azalar. Ölkədə icbari tibbi sığortanın pilot şəklində tətbiqinə hələ indi başladılmasını və insanlarımızın əksər hissəsininin tibbi sığortasının olmadığını nəzərə alsaq transplantologiya əməliyyatlarının 18% ƏDV-dən azad edilməsi əhali üçün çox vacibdir deyən millət vəkili Qənirə Paşayeva bu məsələnin öz həllini tapması üçün müvafiq qurumların məsələyə həssas yanaşacağına inandığını deyib. Qarabaq.info Geri Qayıt |