Dogru.Tv > Araşdırma > Nazirlikdən ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - FOTO
Nazirlikdən ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - FOTOTarix: 31-10-2016, 21:26. Müəllif: Qarabaqinfo |
![]() Səhiyyə Nazirliyi "Aktilize" dərman preparatının istifadəsi zamanı yaranan problemlərlə bağlı xəbərdarlıq edib. Qarabaq.info Milli.Az bildirir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən report-a verilən məlumata görə, adıçəkilən "Aktilize" ticari adlı alteplaza tərkibli həlledici (inyeksiya üçün su) ilə komplektdə venadaxili infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda dərman vasitəsinin həll olmasında yaranan texniki şikayətlər bildirilib. Son aylar "Boehringer İngelheim" şirkətinə bəzi ölkələrdən Aktilize 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir. Bu flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır. Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb. Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələlik dəqiq səbəb müəyyən edilməyib. Milli.Az Geri Qayıt |