Dogru.Tv > Araşdırma > Lənkəranskinin qisasını alacaqlar - Avtoritetlər birləşdi

Lənkəranskinin qisasını alacaqlar - Avtoritetlər birləşdi


Tarix: 24-09-2016, 16:30. Müəllif: Behruz
Berlində azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) düşmənlərinə qarşı türk və çeçen mafia klanları birləşib.
 
Bu barədə kriminal aləmə yaxın olan mənbə məlumat verib.
 
Klanların birləşməsi Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (Şeyx Həmzət) təşəbbüsü ilə baş verib. Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib.
 
Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Türk və çeçen mafioz klanları 2013-cü il yanvarın 13-də öldürülmüş Aslan Usoyanın (Ded Xasan) klanına qarşı birləşib.
 
 
Bülənt Bafralı (solda) və Şeyx Həmzət
 
Mənbə, həmçinin qeyd edib ki, Rövşən Lənkəranskinin Ded Xasanın adamları ilə düşmən münasibətlərinə baxmayaraq, birincinin qətlini öz həmvətənləri - azərbaycanlılar həyata keçiriblər.
 
Xatırladaq ki, avqustun 17-dən 18-nə keçən gecə İstanbulda Barbarossa bulvarında Canıyevə hücum edilib. İki killer avtomat silahdan, içərisində Rövşən Canıyevin olduğu "Range Rover" markalı avtomobil işıqforda dayananda, ona atəş açıb. Canıyev və sürücüsü çoxsaylı güllə yarası alıb və bir müddət sonra hər ikisi keçinib. Ümumilikdə isə mafioz klanlar arasında mübarizə iri gəlir uğrunda - Rusiya ərzaq bazarı və ticarət obyektləri uğrunda gedib. Rövşən Lənkəranski də bu müharibənin qurbanı olub. Qeyd edək ki, Bülənt Bafralı əvvəllər qəsdən adam öldürmə, adam oğurluğu, silah satmaq və "reket" ittihamı ilə məsuliyyətə cəlb olunub. Sedat Şahin isə 2014-cü ilin dekabrında öldürülmüş İstanbul mafiyasının "xaç atası" Vedat Şahinin qardaşıdır və kriminal aləmdə qardaşından az nüfuza malik deyil. Mənbənin qeyd etdiyinə görə, Almaniyada onlar özlərini rahat hiss edurlər və polislə problemləri yoxdur.     Turaninfo.az
Geri Qayıt