Dogru.Tv > Araşdırma > Bu çay xərçəngin düşmənidir
Bu çay xərçəngin düşmənidirTarix: 7-10-2016, 19:27. Müəllif: Qarabaqinfo |
Türkiyəli diyetoloq Şeyda Sular ağ çayın xərçəngin qarşısını aldığını bildirib. Qarabaq.info Publika.az xəbər verir ki, diyetoloq ağ çayın faydaları haqqında məlumat verib. O, bildirib ki, ağ çay çay kamellia sinensis bitkisinin tumurcuq və yaşıl yarpaqlarından əldə edilir, günəş işığı altında qurudulur: “Bu çay qıcqırma prosesinə məruz qalmadan minimum oksidləşməylə əldə edilən çay növüdür. Aparılan araşdırmalarda məlum olub ki, protein baxımından ən zəngini ağ çaydır”. Diyetoloqun sözlərinə görə, ağ çay, triqliserid səviyyəsini aşağı salır, yağların parçalanmasını sürətləndirir, bədəndə antioksidant səviyyəsini artırır: “ Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Xüsusən, bağırsaq xərçəngində müalicəvi təsir göstərir. Çaylar arasında antioksidant dəyəri ən yüksək olanı da ağ çay daşıyır. Yaşıl çayla müqayisədə qanda xolesterin səviyyəsini ağ çay daha sürətli salır. Bədəndə LDL (pis xolesterin) səviyyəsini aşağı salıb, HDL (yaxşı xolesterin) səviyyəsini yüksəldir". Şeyda Sular hər gün 2 fincan ağ çay içməyin əhəmiyyətini də vurğulayıb. Bundan başqa, aparılan araşdırmalarda məlum olub ki, yaşıl çayın təzyiq xəstələrində mənfi təsir edir, ağ çay isə heç bir əks təsir göstərmir. Geri Qayıt |