Dogru.Tv > Araşdırma > Bəzən işçiyə, ən böyük ziyanı, elə işçinin özü vurur
Bəzən işçiyə, ən böyük ziyanı, elə işçinin özü vururTarix: 14-09-2017, 11:16. Müəllif: Qarabaqinfo |
![]() Bəzən işçiyə,ən böyük ziyanı,elə işçinin özü vurur. Qarabaq.info bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının facebook səhifəsinə istinadən bildrir ki, İlk dəfə hüquqşünas kimi işlədiyim müəssisədə İdarə rəisi hər dəfə mənə istənilən müqavilədə, o cümlədən də eyni Birlikdə olan müəssisələr arasında olan Müqavilələrə ciddi yanaşmağı və müəssisənin zərərinə hər hansı bir maddənin olmamasını tapşırırdı. Tez-tez də xatırladırdı ki, Müqavilə yaxşı gün üçün deyil, pis gün üçün və ya tərəflər arasında mübahisə yarandığı gün üçün bağlanılır. Bu prinsip işçilərə də aiddir: Əmək müqaviləsi və ya mülki hüquqi müqavilə, onların müddətləri, əmək haqqı və əlavələr, xitam qaydaları, razılaşdırılmış şərtlər, əmək xəsarəti ilə əlaqədar yazdığınız ərizələr, izahatlar və s. sənədləşmələr yaxşı gün üçün deyil, mübahisə olunan gün üçün bağlanılır. Hal hazırda da iş vaxtı əmək xəsarəti almış və aldadılaraq düzgün olmayan izahat yazmış bir işçinin, həmin izahatının əziyyətini çəkirik. Fikirləşirəm ki, işçiyə ən böyük ziyanı, elə işçinin özü vurur. Azer Quliyev Geri Qayıt |